Atası koronavirusa yoluxan Rihannadan 700 minlik yardım
Tarix: 10-04-2020, 11:24



Dünyaca məşhur müğənni Rihannanın atası Ronald Fenti koronavirus (COVİD- 19) pandemiyasına yoluxub.
“Qafqazinfo” xəbər verir ki, barbadoslu pop ulduz atasının səhhətinin yaxşı olması üçün virusla mübarizəyə qoşulub. O, R. Fentinin ev şəraitində müalicə almasını istəyib və yaşadığı mənzilə süni nəfəsalma cihazı göndərib.
Mövzu barədə sənətçinin 66 yaşlı atası “The Sun” qəzetinə danışıb: “Qızımın nəzarəti altındayam. Ölüm ayağında idim. Buradan deyirəm ki, qızım, səni çox sevirəm. Mənim üçün çox şey etdi, ona minnətdaram”.
Fentinin məlumatına əsasən, Rihanna Barbadosdakı xəstəxanalara 700 min dollarlıq süni nəfəsalma cihazı bağışlayıb.

Paylaş: