""İnstagram"da, "Facebook"da sosial şəbəkə dilənçiləri çoxlalıb"
Tarix: 9-04-2020, 12:31



Əməkdar artist Ədalət Şükürov tənqid atəşinə tutulduğu məsələyə aydınlıq gətirib. 
Yenisabah.az xəbər verir ki, sənətçinin “Sosial şəbəkələr dilənçilərlə doludur” ifadəsi müzakirələrə səbəb olub.
Rejissor Nail Naiboğlu ilə İnstaqramda canlı yayıma qoşulan Ə.Şükürov etdiyi yardımları göstərməyi sevmədiyini deyib: "Biz öz işimizi görürük, öz işimizi yaxşı bilirik. Burada artıq-əskik yazmayın, bizə də kömək edin, acından ölürük. Kimə lazımdır edirik, nə Tolikdən, nə başqasından geri qalmırıq. Kamil də Rəqsanə də dostumdur, onlar etdiklərini göstərməyi xoşlayırlar. Adam var göstərmək xoşuna gəlir, adam var yox. Xoşlamıram göstərməyi, reklam etməyi, reklama ehtiyacım yoxdur. Hər zaman demişəm, birinci öz ətrafıma kömək edirəm, bu mənə bəsdir. "İnstagram"da, "Facebook"da sosial şəbəkə dilənçiləri çoxlalıb. Bu sözü hər zaman demişəm, deyirəm də. Hamıya sosial şəbəkədə yazırlar ki, bizə kömək edin. Səhərdən axşama kimi kimsə nəsə istəyir. Birinin doğrudan imkanı yoxdur, digəri yazır ki, bəlkə tutdu, kimi də yalandan yazır. Bir-ikisinə kömək etdim, gördüm yalan imiş. Bunu gərək başa düşəsiniz. Düz demişəm, sosial şəbəkədə pul dilənənlər çoxdur. Biri yazıb ki, Ədalət müəllim, mənə on min verin, istəmirəm oğlum əsgərliyə getsin. Utanmırsınız?! Mənim oğlum tələbədir və əsgər gedəcək. Niyə sənin oğlun getməməlidir?".

Paylaş: