“Yıxılmağım bədbəxt qisimləri sevindiribsə...”
Tarix: 9-04-2020, 11:11



Xalq artisti Tünzalə Ağayeva İTV-nin efirində yıxılmasına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə sənətçi sözügedən kadrları səhifəsində paylaşaraq  “Deyirəm ki, ancaq belə yıxılmaq olsun. Gördüm ki, bu videonu yaman yayırlar, daha keçib, qoy elə məndən yayılsın”, - deyə rəy verib.
T. Ağayeva növbəti dəfə instaqram səhifəsində açıqlama yayaraq onun efirdə yıxılmasına sevinənlərə ismarış yollayıb:
“Mənim məhz bu cür yıxılmağım böyük kompleksi olanları, həyatda özünü tapmayanları, bir sözlə, bədbaxt qisimləri sevindiribsə, nə mutlu mənə- bir anlıq da olsa özünüzə “güvəniniz” yarandı. Lap yazığım gəldi. Ləyaqət, şərəf yıxılmasın, onlar sonra nə yazıq ki, qalxmırlar. Qalan isə belə yıxılıb sonra ucalmaq gözəl hissdir”. 

Paylaş: