"Zakirlə toyumuz karantindən sonra olacaq"
Tarix: 8-04-2020, 13:14



Müğənni Sevda Yahyayeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb. UlduzumSan.Az-ın məlumatına görə, ifaçıya bir çox izləyiciləri "Toyunuz nə vaxt olacaq?" sualını ünvanlayıb.
Sənətçi belə cavab verib: "Nişanlım məndən 4 yaş böyükdür. Toyumuz karantin bitəndən sonra olacaq. Hazırda ailəmlə yaşayıram. Toydan sonra Zakirin (nişanlısı - red.) evinə köçəcəm".
Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Onun nişanlısı "Ailə Planlaması Məsləhətxanası"ında genetik bölümün rəhbəri olaraq çalışır.

Paylaş: