“Təbiətin canı bizim əlimizdən dincəlir”
Tarix: 8-04-2020, 12:17



Ölkəmizdə xüsusi karantin rejiminin elan olunması bir çox peşə sahibləri kimi məşhurları da evə “həbs edib”. Onlar karantin müddətində xalqa müraciət edir, koronavirusla mübarizədə vətəndaşları həmrəy olmağa səsləyirlər.
 Əməkdar artist Aybəniz Haşımovanın blogger qızı Aynişan Quliyeva da karantin rejimi barədə yazıb. 
Yenisabah.az xəbər verir ki, sosial şəbəkədə karantin qaydalarının müsbət tərəfləri barədə yazan Aynişan hər şərdə bir xeyir olduğunu vurğulayıb: "Hər şərdə bir xeyir var deyirlər. Əslində bizim orqanizm hal-hazırda istirahətdədir. Necə ki, təbiətin canı bizim əlimizdən dincəlir. Makiyaj etməməkdən üz dərimizin tonu bərabərləşir. Saçlarımız professional düzləşdirici və ya buruq edən fenlərdən xilas olub. Artıqlaması ilə yuxu aldığımız üçün,vücüdumuz əməlli başlı dincəlib. Təbii ki, maddi və psixoloji zərbələri o qədər çoxdur ki, avantajlarını görməyi belə düşünmürük... Səbr edirik. Görək necə olacaq bu işlərin axırı". 
Qeyd edək ki, dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

Paylaş: