İrina Şeykdən #evdəqal - Fotosessiyası
Tarix: 8-04-2020, 09:34



Bütün dünyada yaşayan ulduzlar koronavirus pandemiyası səbəbindən insanları özünütəcridə çağırır, fləşmoblarda iştirak edir, mövzuya uyğun videoçarxlar çəkir. "Qafqazinfo"nun "Spletnik.ru"ya istinadən məlumatına görə, elə 34 yaşlı rusiyalı model İrina Şeyk də tendensiyadan kənarda qalmayıb, “Interview” jurnalı üçün etdiyi yeni fotosessiyasından olan kadrları #StayAtHome (#evdəqal –red.) həştəqi ilə təqdim edib.
Fotoqraf Pyer-Anqe Karlotti rusiyalı modeli, demək olar, ev interyerlərində çəkib, nəşrin kreativ direktoru Mel Ottenberq isə ona baş tutan çəkilişlərdə özünütəcrid ab-havasını yaratmaqda köməklik edib.
Ola bilsin ki, çəkilişin ilkin ideyası başqa cür olub, lakin son hadisələr fonunda nəticə yeni rənglərlə üzə çıxıb.









Paylaş: