Məşhur müğənni : "Korona belə olsa, ona sarılaram"
Tarix: 7-04-2020, 11:46



Məşhur türk müğənnisi və aktyor Mazhar Alanson karantin günlərində evindən çəkilmiş fotosunu paylaşıb.
Open.az xəbər verir ki, fotoda həyat yoldaşı Biricik Suden ilə birlikdə görünən Mazhar Alanson :Korona günləri" deyərək, səmimi poz verib.
Fotolara münasibət bildirən izləyicilərdən biri: "Lütfən, bu günlərdə ayrı otaqlarda qalın. Sizə bir olmasını istəmirik" yazıb.
Buna cavab olaraq, Mazhar Alanson: "Daha nələr! Biricik, Allah eləməsin korona belə olsa yenə də ona sarılaram. Gələcəksə, ondan gəlsin!" deyə sevgisini belə dilə gətirib.



Məşhur müğənni : Korona belə olsa, ona sarılaram

Paylaş: