Azərbaycanlı aktyor Türkiyədə koronavirusa yoluxdu
Tarix: 7-04-2020, 11:42



“Mən virusa yoluxmuşam. İstanbulda eyni evi paylaşdığım dostum 7-8 gün əvvəl yüksək hərarət və baş ağrısı ilə xəstəxanaya getmişdi. COVİD- 19 testinin nəticəsi 4-5 gün sonra gəldi, cavab pozitiv idi".

Open.az xəbər verir ki, bu sözləri “Dağıntılar altında” serialında rol alan aktyor Yasin Həzirə sosial şəbəkə hesabında yazıb.
Azərbaycanlı aktyor koronavirusa yoluxduğunu söyləyib. O qeyd edib ki, pandemiya ona dostundan keçib: "Bunu bildikdən sonra mən də yoluxacağımı anladım. Çünki eyni evdə qalırıq, yemək-içməyimiz bir yerdədir. Gedib analiz verdim, test nəticəsi müsbət çıxdı. Hərarətimiz və baş ağrımız var. Halsızlıq mütəmadi olaraq davam edir. İçki və siqaret qəbul etmədiyim üçün hələ ki, nəfəs almağımda problem yoxdur. İnanıram ki, yaxşı olacaq”.

Paylaş: