Oğluna dikdaban geydirən aktrisa TƏNQİD EDİLDİ
Tarix: 7-04-2020, 11:39



Amerikalı aktrisa Halle Berry tənqid olunub.
“Ölkə.Az” xəbər verir ki, buna səbəb aktrisanın “İnstagram” səhifəsində “Karantinin 12-ci günü” başlığı altlnda yayımladığı video olub. Belə ki, görüntüdə ulduzun kiçik oğlu ağ, hündürdaban qadın çəkmələrində pilləkənlərdə oynadığı əks olunub. Berry paylaşımına görə izləyicilərinin tənqidi ilə üzləşib.
 "Oğlan uşaqlarınıza bunun sadəcə əyləncə olduğunu düşünərək,  bunu etməyə imkan verməyin. Uşağın atası hara baxır?",- deyə, izləyicilərdən biri qeyd edib.
Digəri isə “Bəsdirin, oğlanlarınızı qızlara bənzətməyin. Siz, gələcəyə əsl kişi böyüdün, xəstə, qadın xislətli birini deyil”, - yazıb.
 Aktrisa isə sosial şəbəkələrdə tənqidlərə sakitcə reaksiya göstərərək, uşağın sadəcə əyləndiyini qeyd edib.



Paylaş: