"Yerin behişt olsun" - Murad atasını belə andı
Tarix: 7-04-2020, 11:15



"1 il keçdi.. İstəyirəm biləsiniz ki, o çox yaxşı adam idi".
 
Primetime.az xəbər verir ki, aparıcı-ifaçı Murad Arif deyib. Sənətçi atası Arifin ölüm ildönümündə onu bu sözlərlə yada salıb:
 
"Doğru, dürüst, ailəsinə, bacı-qardaşlarına yanan, aşırı dərəcədə sadiq, mehriban, pis vərdişlərdən uzaq, sağlam həyat tərzini bacaran, tamamiylə ziyalı biri.. Söhbətləri, dünya görüşü, həyat təcrübəsi ilə bir dərinliyi, marağı vardı. Dünya rəssamları, muzeyləri, ədəbiyyatı, musiqi haqqında bilgiləri ilə özünə heyran etməyi yaxşı bacarırdı.
 

Bilirəm ki, heç kəs sona qədər yox olmur. Həm əməllərdə, həm nəsillərdə, həm də paralel aləmlərdə yaşayırıq. Ümidvaram rahat və məndən razısan. Öyüd-nəsihətlərinə diqqətli olmağa çalışıram, gözəl insan. Yerin behişt olsun, ata..."
 

Paylaş: