"Çox nadir halda çörək istifadə edərəm"
Tarix: 6-10-2017, 12:20


Xalq artisti Faiq Ağayev həmişə formada qalmağının sirrini açıqlayıb.  Müğənni ATV-də yayımlanan "Zarafat-zarafat" verilişində bildirib ki, heç vaxt göbələk və qənd yemir: "1996-cı ildən çörək yemirəm. Çox nadir halda çörək istifadə edərəm. 14 ildir qənd yemirəm. Onu balla əvəzləyirəm. Amma qalan hər şey yeyirəm. İnsanı kökəldən çörək və qənddir. Bir də kartofu az yeyirəm.Heç vaxt göbələk yeməmişəm, yemərəm də. Avropa mətbəxini sevirəm, amma göbələk yeməyim mümkün deyil. Çəkim 56 kiloqramdır".


Paylaş: