Xalq artistinin ayaqları tutulub
Tarix: 7-04-2020, 10:43




Xalq artisti Lətifə Əliyevanın ayaqları tutulub.
Open.az xəbər verir ki, 76 yaşlı aktrisa bu barədə ARB TV-nin "Elgizlə izlə" proqramında açıqlama verib:
"Mart ayının 8-də məni qəflətən "udar" vurdu. Sağ ayağım tutuldu. Qonşuluqda yaşayan qadın mənə qulluq edir; həm iynələrimi vurur, həm də yeməyimi bişirir".
Lətifə xanım koronavirusa görə bu aralar xəstəxanaya getmək istəmədiyini, evdə müalicə olunduğunu deyib.



Paylaş: