Adil Karaca da bu kompaniyaya qoşuldu
Tarix: 6-04-2020, 18:02



Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova koronavirus səbəbilə qazanc yerini itirən və çətin şəraitə düşən 250 azərbaycanlı ailənin 2 ay müddətinə qida ehtiyacını öz üzərinə götürüb. 
UlduzumSan.Az-ın məlumatına görə, onun bu təşəbbüsünə həmkarı Adil Karaca da qoşulub.
Bu haqda Rəqsanə xəbər verib: "Bilirsiniz ki, ehtiyyacı olan ailələr üçün yardım kampaniyasına başlamışam. Səsimə səs verən, bu xeyir əmələ qoşulanlardan biri də dostum və istedadlı sənətçi Adil Karaca oldu. O, ərzaqlar aldı və canla-başla bu işdə iştirak etmək istədi. Adil çox sağ ol. Allah ürəyinə görə versin. Biz davam edirik. Aldığımız ərzaqlar Moskvada yaşayan azərbaycanlılar üçündür.
Bir çox ailələr burda böyük problemlərlə üz-üzə qalıb. Allah böyükdür, bu günlər də geridə qalacaq".



Paylaş: