Zaur eyvana çıxıb canlı konsert verdi
Tarix: 6-04-2020, 15:13




Tanınmış aparıcı cütlük- Zaur və Günay Baxşəliyevlər son zamanlar karantin rejimi ilə əlaqədar sosial şəbəkələrdə daha çox aktivlik göstərirlər.
BiG.AZ xəbər verir ki, cütlük instaqram hesablarında paylaşdıqları video ilə diqqət çəkib. Belə ki, Zaurun eyvana çıxaraq tarla canlı ifası ilə izləyicilərin marağına səbəb olub. İfa etdiyi mahnıda zəfəranın faydalarından söz açıb. Cütlük paylaşdıqları videonun şərh bölümünə "Evdə qal, balkonda konsert ver. Qonşuların baş-beynini apardımsa, üzrlü saysınlar. Növbəti günlərdə zəfəranın faydaları haqqında yeni videolar paylaşacam" yazıblar.



Paylaş: