Məşhur rok ulduzu koronavirusa yoluxdu
Tarix: 6-04-2020, 12:02



Rok tarixinin önəmli simalarından olan Marianne Feytful koronavirusa yoluxub.
 
Primetime.az xəbər verir ki, britaniyalı ifaçı və söz yazarı Feytful soyuqdəymə diaqnozu ilə xəstəxanaya gedib. Koronavirus test nəticəsinin müsbət çıxdığı sənətçi Londonda müşahidə altına alınıb. Onun müalicəyə müsbət reaksiya verdiyi bildirilib.
 
Qeyd edək ki, 73 yaşlı Feytful Hepatit C və döş xərçənginə qalib gəlib. Bundan başqa o, 1970-1980-ci illər ərzində narkotik maddə aludəçiliyindən əziyyət çəkib. 

Paylaş: