Məşhur müğənni vəfat etdi
Tarix: 4-04-2020, 12:00



1970-ci illərə damğa vuran amerikalı "soul" musiqisi əfsanəsi Bill Uayters vəfat edib.
 
Primetime.az xəbər verir ki, bu barədə 81 yaşlı ulduzun ailəsi məlumat verib. Məlumatda sənətçinin ürəyində olan problemlər səbəbi ilə öldüyü bildirilib. Ailəsi Uayters üçün "O, insanlarla dürüst danışır və onları bir-birinə bağlayırdı" - deyə qeyd edib.
 
Hamar bariton vokalları və möhtəşəm "soul" aranjımanları ilə tanınan Uayters 1970-ci illərdə yazdığı “Just The Two Of Us”, “Lovely Day” və “Use Me” mahnıları ilə yadda qalıb.
 
1985-ci ildə qeyd aparmağı dayandırsa da, Bill Uaytersin mahnılarının "R&B" və hip-hop üslubları üzərindəki təsiri bu gün də davam edir.
 


Paylaş: