Tarkandan “Evdəqal” paylaşımı
Tarix: 4-04-2020, 10:56



Türkiyəli meqastar Tarkan karantindən paylaşım edib.
Oxu.Az xəbər verir ki, müğənni “Instagram” hesabından yazı paylaşaraq, bu çətin karantin günlərində hamını səbirli olmağa çağırıb:
“Çətin zamanlardır...
Bu koronalı günlərin öhdəsindən birlikdə gələcəyik. Bu qəribə zaman da keçib gedəcək. Üfüqdən yenə ümidlər göz vuracaq. Baharlar, yaylar gələcək...
Özünüz bilirsiniz, amma mən də demək istəyirəm:
Mümkün qədər evdə qalmağa çalışaq, yaxın ünsiyyətdən uzaq duraq, əllərimizi tez-tez yaxşıca yuyaq, lazım gələndə maska taxaq.
Hamıya səbr diləyirəm”.





Paylaş: