Rusiya baş naziri Meladzenin oxuduğu erməni mahnısına rəqs edib erməniləri də dəvət etdi
Tarix: 4-04-2020, 09:31



Rusiya Federasiyası dövlətində ermənilərin mühüm vəzifələr tutduğu və informasiya məkanına da faktiki nəzarət etdikləri məlum məsələdir. Erməni mafiyası bəzən tam erməni olmasa da, ana və ya ata tərəfdən olan şəxslərin də dövlət vəzifələrində irəli çəkilməsi siyasətini illərdir ki, davam etdirir. Ana tərəfdən erməni olan tək Xarici işlə naziri Sergey Lavrovun vəzifəsinin necə strateji olduğunu demək kifayət edir. Rusiya dövlət başçısı Vladimir Putinin də ermənilərə olan məhəbbəti hakimiyyətdə olduğu 20 il ərzində dəfələrlə özünü göstərib. Putinin RF Baş naziri postuna anası erməni olan Mixail Mişustinin təyinatı da  bu sevginin əyani sübutudur. 
 
Rusiyanın baş naziri istirahət saatlarını ermənilərin əhatəsində keçirməyi və erməni musiqisini dinləməyi çox sevir. Bu gün YOUTUBE – də yayılan videoda Mixail Mişustin evinə dəvət etdiyi erməni dostları və erməni kimi birisi olan Meladzenin canlı ifasında “Ah Sirun, Sirun“  mahnısını necə ləzzətlə dinləyir və arvadı ilə rəqs edir. Erməni mediası da bu videonu sevə-sevə yayımlayır. Meladze Dağlıq Qarabağa icazəsiz gedib konsert verən biri olsa da, xüsusi xahişlə “Jara” festivalında Bakıya gəlib çoxlu hədiyyələrlə yola salınan və bununla da bizim heysiyyatımıza toxunan müğənnidir.  
 Amma, Ermənistan Rusiyadan asılılığını azaltmaq üçün bizdən fərqli olaraq rus məktəblərini  bağlayır, heç bir Rusiya ali məktəblərin filiallarını açmır, Rusiyanın telekanallarının kabel televiziyasından çıxarılmasının vacib şərt olduğunu deyir. Bütün bunların əvəzində isə Rusiya Qarabağın işğaldan azad olunmasına ən böyük əngəl olaraq Ermənistanın yanında yer alıb. 
 Mixail Mişustin, Sergey Lavrov və o qəbildən olan Rusiya məmurları ana tərəfini qoyub bizə tərəf addım atası deyillər. Bunu onları sevən “ beşinci kalon” nəhayət dərk etsin və bir az dövlət naminə strateji düşünsünlər.






Paylaş: