Məşhur müğənni koronavirusa yoluxub
Tarix: 4-04-2020, 09:28



Amerikalı pop ulduzu Pink koronavirusa yoluxduğunu açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə müğənni öz "Twitter" səhifəsində yazıb.
Pink iki həftə əvvəl 3 yaşlı oğlu ilə birgə COVID-19 simptomlarını hiss etdiyini deyib.
Onların hər ikisinin koronavirus testi müsbət nəticə verib. Müğənni oğlu ilə birgə iki həftə müddətində karantində olub.
Onun sözlərinə görə, bir neçə gün əvvəl keçirilən təkrar test bu dəfə mənfi nəticələnib. Həkimlər müğənni ilə oğlunun sağaldığını deyib.

Paylaş: