“Evdə qalmaqla biz öz doğmalarımızı qoruyuruq”
Tarix: 3-04-2020, 18:33



“Mən karantin dövrünə tam riayət edirəm. Bu bizim borcumuzdur. Karantin tədbirlərinə əməl etməliyik və evdə qalmalıyıq. Özümüzü təcrid etməklə nəinki özümüzü, həm də ətrafımızdakı insanları qoruya bilərik”.
Bunu Azərbaycanın Xalq artisti, cazmen Cavan Zeynallı “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində bildirib.
“Başa düşürəm, hamı birdən-birə evdə oturmaq məcburiyyətində qalıb, darıxır. Bunlara öyrəşmək üçün vaxt lazımdır. Ancaq özlərinə maraqlı məşğuliyyətlər tapsalar, hər şey daha asan olar. Vaxt tapa bilmədikləri işləri etsinlər, kitab oxusunlar.  Mən evdə darıxanda musiqiyə qulaq asıram, pianinoda ifa edirəm”,- deyə o, bildirib.
Daha sonra Xalq artisti insanlara bu məsələyə daha səbirlə yanaşmalarını da tövsiyə edib.
“Mən xalqımızı, bu məsələyə böyük səbirlə yanaşmağı çağırıram. Bu çətin vəziyyət təkcə ölkəmizdə deyil, bütün dünyada hökm sürür. Ona görə bir az dözüm nümayiş etdirsinlər və evdə qalsınlar. Bu yolla biz nəinki özümüzün, həm də doğmalarımızın, yaxınlarımızın da qeydinə qala bilərik”.

Paylaş: