“Bunun qarşısını az kütlə ala bilməz” - Abbasdan etiraz
Tarix: 6-10-2017, 10:10


Əməkdar artist Abbas Bağırov rəsmi instaqram səhifəsində bayağı mahnıların populyarlaşmasına etirazını bildirib.
“Qafqazinfo” xəbər verir ki, müğənni ifa etdiyi “Arzular” mahnısını paylaşaraq dinləyicilərinə tövsiyyə edib. A.Bağırov bildirib ki, belə mahnılar yayılmasının qarşısını almaq lazımdır:
“Çox təəssüflər olsun ki, bu gün belə gözəl əsərləri dinləyənlər azdı. Məlum məsələdir ki, sosial şəbəkələrdə bayağı mahnılar sürətlə inkişaf edir. Bunu az kütlə qarşısını ala bilməz. Yəni bunu məni dinləmək üçün demirəm. Bizim gözəl bəstəkarlarımızın yazdıqları əsərlərı gələcək nəsil üçün itirməməyə çalışmaq lazımdır. 
Amma çox sevinirəm ki, ən azından bu mahnıları 2000, 3000 insan dinləyir. Yox, mən belə bilməzdim. Buna görə çox sağ ol deyirəm. Belə bir məsəl var, az olsun, saz olsun. Mən isə deyirəm ki, çox olsun, gözəl musiqini sevənlər ölməsin”.



Paylaş: