"İstədim biraz romatikaya girim..." - Xalq artistinin oğlundan SƏMİMİ FOTO
Tarix: 2-04-2020, 12:38



Xalq artsti Ramiz Novruzun oğlu Cavidan Novruzun “evdə qal” paylaşımı diqqət çəkib.

BiG.AZ xəbər verir ki, Cavidan həmkarı ilə qucaqlaşaraq foto paylaşıb. Filmdən kadr olan bu görüntü izləyicilərin diqqətini çəkib. Aktyor fotonu paylaşaraq, izləyicilərini evdə qalmağa səsləyib:

"İstədim biraz romantikaya girim, sarılmaq haqqında ağıllı kəlamlar yazmağı düşündüm, sonra anladım ki, bu yazılarım, tövsiyələrim indiki durumda düzgün olmaz...Və həqiqətən xahiş edirəm, evdə qalın, bu neçə gündə nə itirirsiniz ki? Vallah, özünüzə və ailənizə, sevdiklərinizə sağlamlıq bəxş edirsiniz. Bu bəla bitdikdən sonra hərşey qaydasına düşəcək, hamımız axışacayıq yenə şəhərə, istədiyimiz mağazalara, kafelərə, klublara və s."

"İstədim biraz romatikaya girim..." - Xalq artistinin oğlundan SƏMİMİ FOTO

Paylaş: