“Victoria's Secret”in modeli koronavirusa yoluxdu
Tarix: 1-04-2020, 16:39



“Victoria's Secret”in modeli Aleksina Qrem koronavirusa yoluxub.
Sondakika.com xəbər verir ki, 30 yaşlı model koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Qrem epidemiya səbəbindən bütün planlarını ləğv edib və ABŞ-dan Böyük Britaniyada yaşayan bacısının yanına gedib.
“Mən, əslində, Nyu-Yorkda yaşayıram, amma bu günləri tək keçirmək istəmədim”, - deyən modeldə sonradan koronavirus simptomları aşkar edilib və o, xəstəxanaya yerləşdirilib.
Modeldə hərarət və tənəffüs çatışmazlığı olduğu bildirilib. Qrem sosial media hesabında vəziyyətinin pis olmadığını və müalicəsini xəstəxanada davam etdirdiyini yazıb.
3 mart 1990-cı ildə İngiltərədə anadan olan Qrem “Victoria's Secret”in ilk kürən modelidir.











Paylaş: