"Cahillər bizim axırımıza çıxacaqlar" - azərbaycanlı məşhur ETİRAZ ETDİ
Tarix: 1-04-2020, 15:28



"Mən sizə bir şey deyəcəm, siz də çalışın başqaları xəbər tutsun, yoxsa cahillər bizim axırımıza çıxacaqlar. Supermarketlərdə açıq soyuduculardan, çalışın, heç nə almayasınız - üst rəflərə mal düzmək üçün market işçiləri hələ də (!) ayaqqabı ilə ən alt rəfə çıxırlar. Siz məcburi geyilən o maskalara, əlcəklərə çox da ümidlənməyin".

BiG.AZ xəbər verir ki, bu sözləri tanınmış aparıcı Dj Fateh sosial şəbəkə hesabında yazıb:

"Marketin müdirinə irad tutanda, sağ olsun, məni xeyli sakit elədi. Dedi ki, narahat olmayın, bu gündən onlar biləcək ki, ora ayaqqabı ilə bir də çıxsalar, 1 manat cərimə olunacaqlar. Mən bu və bu kimi postların gücünə inanmadığım üçün; amma ondan da çox bir qrup insanın bu, asan olmayan günlərdə işsiz qalmasıni istəmədiyim üçün ad çəkməkdən yayınıram, bağışlayın. Amma, vicdan naminə, bunun davasını bütün baqqal dükanı və marketlərdə edəndən sonra, insidentin sığındığım sonuncu supermarketdə də baş verməsi onu zəruri edir ki, ehtiyatlı tərpənən biz olaq. Yoxsa? Cahillər bizim axırımıza çıxacaqlar!".

Paylaş: