Serdar Ortac karantini pozdu
Tarix: 1-04-2020, 15:21



Bir müddət öncə koronavirus təhlükəsi ilə xəstəxanada yoxlamadan keçən Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacdan xəbər var.
Lent.az -ın Türkiyə mediasına istinadən verdiyi məlumatına görə, koronavirus testi neqativ çıxan ifaçı karantin rejimini pozub. O, “İki səhifə” verilişində “Bir çay belə dəmləyənim yoxdur” sözlərini əlavə edib.
Karantini evində tək keçirən müğənni evdə darıxdığı üçün taksi dayanacağına yollanıb. Taksi sürücülərinin çay süfrəsinə qonaq olan Sərdar “Sizə olan borcumu necə ödəyəcəyəm?” deyib.

Paylaş: