"Dəhşətli ağrılarım var, dərman ala bilmirəm"
Tarix: 1-04-2020, 14:58



"Şəkiyə gəlmişdim, karantin elan olundu burada qaldım. Düşündüm ki, elə həyət evində qalmaq yaxşıdır. Anamın yanındayam, oğlum Kazım da, mən də evin içindəyik. Küçəyə çıxmırıq, heç kimlə ünsiyyət qurmuruq. Çalışırıq virusdan uzaq qalaq. Uşaq həyətə düşür, oynayır".
UlduzumSan.Az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Könül Xasıyeva deyib. Xanəndə koronavirus infeksiyasından qorunmaq üçün bütün yaxınları ilə ünsiyyəti kəsdiyini söyləyib:
"Marketə qardaşım gedir. Nə alıb gətirirsə, spirtləyirik. Özüm də bütün günü əlimi yuyur, spirt vururam".
Onurğa iflicindən əziyyət çəkən Xasıyye son günlər güclü ağrıları olduğunu bildirib:
"Dəhşətli ağrılarım başlayıb. Müalicəm davam edir. Amma dərman almaqda çətinlik çəkirəm. Süni qiymət artımı edilib, maddi cəhətdən dərman almaq çətinləşib. İndi də səsimdən hiss edirsiniz, danışa bilmirəm". 

Paylaş: