"Bu karantinə görə yeyib-içmədiyimiz kol dibi, girmədiyimiz dəlmə-deşik qalmadı"
Tarix: 1-04-2020, 14:40



Sosial şəbəkələrdə aktiv olan idmançı Kamil Zeynalı bu dəfə də əyləncəli görüntüləri ilə gündəmə gəlib.
Yenisabah.az xəbər verir ki, həftələrdir evdə karantin rejiminə əməl edən idmançı maşınında yemək yediyi görüntüləri izləyiciləri ilə bölüşüb. 
O, karantin zamanı evdə oturmamaqda israr edəönləri gülüş hədəfinə çevirib: “Bu karantinə görə yeyib-içmədiyimiz kol dibi, girmədiyimiz dəlmə-deşik qalmadı. Maşının içində, çölündə, üstündə, hər yerində yeyib-içdik. Binaların bloklarında, damlarında, liftlərində, pilləkənlərində, hər yerdə yeyib-içmək oldu…”
Qeyd edək ki, ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunsa da, paytaxt sakinlərinin bəzisi qaydalara əməl etmirlər
 


Paylaş: