Manaf bahalı avtomobilini və dəbdəbəli bağını reklam etdi
Tarix: 31-03-2020, 11:00




Məşhur müğənni Manaf Ağayev də evdə qalan məşhurlardandır.

BiG.AZ xəbər verir ki, son günlər sosial şəbəkədə aktivlik göstərən Manaf paylaşımı ilə diqqət çəkib. Belə ki, müğənni dəbdəbəli bağının və bahalı maşınının qarşısında şəkil çəkdirərək paylaşıb.

Fotodan görünən avtomobilin "BMW i8" markalı olduğu ehtimal edilir. Bu model maşınlar isə son texnologiya ilə hazırlandığı üçün çox bahalıdır. Manaf yazılacaq rəyləri nəzərə alaraq rəy bölümünü bağlayıb.

Manaf bahalı avtomobilini və dəbdəbəli bağını reklam etdi - FOTO


Paylaş: