Küçədəki əşyaları yalayan məşhur repçi SAXLANILDI
Tarix: 28-03-2020, 15:06



Koronavirusa meydan oxumaq (Coronachallenge) adı altında küçədəki əşyaları yalayan almaniyalı repçi Feliks Krull saxlanılıb.
''Ölkə.Az'' xəbər verir ki, Almaniyanın Münhen şəhərində yaşayan 28 yaşlı repçi qəribə hərəkətinə görə polis tərəfindən saxlanılıb. O sosial mediada koronavirusa qarşı meydan oxumaq başlığı altında küçədə yaladığı əşyaların videolarını yayımlayıb. Videolarda bilet çəkmə aparatının ekranını və metronun tutacağını yalayıb. Üstəlik bununla da yetinməyən repçi kağız pulu udub. Saxlanılan Krull Alman mediasına açıqlama verərək ''Etdiyim hərəkətlərlə koronavirusdan qorxmadığımı göstərmək istədim. Bilirəm ki, etdiklərim axmaqcasınadır. Siz evdə qalın'' sözlərini deyib. O yayımladığı videoları silsə də, görüntülər qısa müddət ərzində sosial mediada minlərlə izləyici tərəfindən görüntülənib. Saxlanılan repçinin koronavirus testi neqativ çıxdığına görə polis onu sərbəst buraxıb.



Paylaş: