"Uşaqlara vaxt ayıra bilmirdim" – Ruhi Əliyevadan valideynlərə tövsiyyə
Tarix: 28-03-2020, 11:10

Koronavirus pandemiyasından qorunmaq üçün evdə qalan hər kəs müxtəlif məşğuliyyətlərlə gününün maraqlı keçməsini təmin edir.

BiG.AZ xəbər verir ki, tanınmış biznes-ledi Ruhi Əliyeva da evdə qalaraq özünü və ailəsini bu virusdan qoruyur. O, sosial media hesabında post paylaşaraq bu müddət ərzində kitab oxuduğunu və uşaqlarına zaman ayırdığını vurğulayıb. Oğlu Muhammedlə çəkdirdiyi fotoya geniş şərh yazan Əliyeva izləyicilərinə də tövsiyyələr edib:

“Əzizlərim, bir daha axşamınız xeyir. Bu şəkli də sizinlə bölüşmək istədim. Bəzən işlərin çoxluğuyla əlaqədar uşaqlara istədiyim kimi vaxt ayıra bilmirdim. Bu ərəfələrdə övladlarımla bolluca zaman keçirdirəm. Siz də bunu edin. Onlarla danışın, söhbət edin, fikirlərini öyrənin, düşüncələrinin dəyərli olduğunu hiss elətdirin. Deməyin ki, uşaqdır. Onlara bir şəxsiyyət kimi yanaşın. Allah bütün balaları qorusun. Onları hər zaman xoşbəxt etsin. Amin! Bu da mənim Muhammedimdir. Bağda gəzirdik. Dedik, ana-bala bir şəkil çəkdirək”.

İzləyicilər fotonu bəyənərək şərhlər yazıblar.

Paylaş: