"Azərbaycan xalqını diqqətli olmağa çağırıram" - Gövhər Həsənzadə
Tarix: 28-03-2020, 10:31



"Bu məsələyə çox ciddi yanaşıram. Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə özüm və ailə üzvlərim ilə yanaşı yaxın ətrafım da çox ciddi riayət edir".
Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar incəsənət xadimi Gövhər Həsənzadə deyib.
O, karantin dövründə insanları ehtiyyatlı olmağa çağırıb:
"Bütün dövlət proqramlarını dəstəkləyirəm. Hər birimiz sabaha tez bir zamanda sağlam şəkildə çataq və ümidimizi itirməyərək. Lazım olan bütün gigiyenik normalara və qaydalara əməl edək. Yenə də Azərbaycan xalqını diqqətli olmağa, evdə qalmağa, qanun-qaydalara riayət etməyə çağırıram! Daha məsuliyyətli, həmrəy olaq!".

Paylaş: