Murad Dalkılıçdan etiraf: "Handeni çox sevirəm”
Tarix: 28-03-2020, 10:17



Türkiyəli müğənni Murad Dalkılıç "Evden yayındayız" radio verilişində qonaq olub. UlduzumSan.Az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı aparıcının "Karantin günləriniz necə keçir" sualına "Səhərlər idman edirəm. Kitab oxuyuram. Evdə 4-5 dostum və Hande ilə qalıram. Çöldən heç kim ilə təmasda olmuruq" deyə cavab verib.
M.Dalkılıç DJ-in " "İnstagram"da canlı yayımınızda Handenin sizinlə birgə oxuması sürpriz oldu" sözlərinə isə "Birlikdə yaşayırıq, o mahnını da oxumaq içindən gəldi. Handeni çox sevirəm" cavabını verib.

Paylaş: