"2019-cu ildə artıq söhbəti bilirdim"
Tarix: 27-03-2020, 18:12



Azərbaycanın gənc və istedadlı müğənnisi Çingiz Mustafayev paylaşdığı postla diqqət çəkib.

BiG.AZ xəbər verir ki, müğənni sosial media hesabında köhnə fotosunu paylaşıb. İsraildə çəkdirdiyi fotoda müğənninin maska geydiyi gözdən qaçmayıb. Fotoya: “Mən 2019-cu ildə artıq söhbəti bilirdim. Özünüzü qoruyun, möhkəm və pozitif olun! Evdə qalın” şərhini yazan müğənni izləyicilərin şərh atəşinə tutulub. İzləyicilər posta “Bizə niyə deməmisiniz”, “Siz massonsunuz?”, “Fala baxırsınız?” kimi şərhlər yazıblar.

"2019-cu ildə artıq söhbəti bilirdim" – Çingizin koronavirus paylaşımı hamını təccübləndirdi

Paylaş: