“Rammstein” rok qrupunun solisti koronavirusa yoluxub
Tarix: 27-03-2020, 16:03



Dünyaca məşhur rok qrupu “Rammstein”ın solisti Till Lindemannın koronavirusa yoluxduğu təsdiqlənib. 
APA xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Till Lindemannın COVID-19 testi müsbət çıxıb.
Qeyd edək ki, Almaniyada təsdiqlənmiş koronavirus hallarının sayı 47 000-i ötüb, 281 nəfər isə dünyasını dəyişib.

Paylaş: