Pərviz ailəsi ilə danışıb göz yaşı tökdü
Tarix: 26-03-2020, 12:29



"Survivor" yarışmasında iştirak edən azərbaycanlı kikboksçu Pərviz Abdullayevin ailəsi ilə telefon danışığı olub. 
UlduzumSan.Az-ın məlumatına görə, idmançı oğlu Yusif və həyat yoldaşı ilə əlaqə saxlayıb. Pərvizin oğlu ilə dialoqu zamanı kövrəlməsi diqqətdən yayınmayıb.
Koronavirusa görə Acun Ilıcalının jest edərək icazə verdiyi kikboksçu ölkədəki son vəziyyət barədə həyat yoldaşından məlumat alıb.
Qeyd edək ki, altıqat dünya çempionu olan P.Abdullayev "Survivor"da "Ünlülər" komandasında mübarizə aparır.



Paylaş: