Mağazaya getməmək üçün 200 ədəd lavaş alıb
Tarix: 26-03-2020, 12:27



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alaraq əhaliyə müraciət edib.
ÜST bununla bağlı kampaniyaya başladığı #evdəqal həştəqi ilə insanları evdə qalmaqla həyatları xilas etməyə çağırıb: "Təşəbbüsə qoşulun, koronavirusa yoluxma riskinizi azaldın"
UlduzumSan.Az-ın məlumatına görə, bu müraciətə əməl edən sadə vətəndaşlar arasında məşhurların da adları yer alıb. Həmin tanınmışlar sırasında müğənni Afət Fərmanqızı da olub. Belə ki, o, sosial şəbəkədə video yayımlayaraq 3 ay evdən çölə çıxmayacağını bildirib. İfaçı hətta söyləyib ki, mağazaya belə getməmək üçün 200 ədəd lavaş alıb.



Paylaş: