65 yaş qadağasını ayrıseçkilik adlandırdı
Tarix: 26-03-2020, 11:59



Türkiyəli aktrisa Hazar Ergüçlü 65 yaşdan yuxarı insanların küçəyə çıxmasına qoyulan qadağanı ayrıseçkilik adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, aktrisa sosial şəbəkədə qeyd edib ki, lazım gəldiyi təqdirdə küçəyə çıxmaq sadəcə yaşlılar üçün yox, hamı üçün qadağan olunmalıdır. 
İzləyiciləri şərhlərdə aktrisanın bu sözləri özündən 19 yaş böyük sevgilisi olduğu üçün yazdığını bildirib.
Qeyd edək ki, 28 yaşlı H. Ergüçlü uzun müddətdir ki, 47 yaşlı rejissor Onur Ünlü ilə sevgilidir.

Paylaş: