Məşhur müğənni koronavirus qorxusu ilə başını sellofana bükdü
Tarix: 26-03-2020, 11:20



Artıq dünyanın hər bir yerinə yayılan koronavirus insanları vahimələndirməkdə davam edir.
Koronavirusa qarşı bütün ölkələrdə qabaqlayıcı tədbirlər görülür və bununla əlaqədar mütəmadi olaraq xəbərdarlıqlar edilir.

Məşhurlar sosial media hesablarında mütəmadi olaraq paylaşımlar edərək evdə olduqlarını bildirir və bu hərəkətləri ilə izləyicilərə örnək olurlar.

BiG.AZ xəbər verir ki, koronavirus epidemiyası səbəbindən təcrid olunmuş bir həyat sürən məşhurlar, sosial media hesablarına yüklədikləri paylaşımlarla evlərini izləyiciləri ilə bölüşürlər.

Məşhur müğənni Ece Seçkin də bütün dünyanı viran edən koronavirusa qarşı tədbirlərə uyğun hərəkət edir.

Paylaşdığı postlarla izləyicilərinin üzünü güldürən müğənni “Twitter”dəki hesabında üzünün strec sellofanla bağlanmış fotosunu paylaşıb.

Canının sıxıldığını hiss etdirən məşhur paylaşdığı fotoya yumoristik bir şərh də yazıb:” Nə edirsiniz? Mən bu halda gəzirəm”.

Sözügedən fotonu təqdim edirik:

Məşhur müğənni koronavirus qorxusu ilə başını sellofana bükdü - FOTO

Paylaş: