Şvartsenegger koronavirusla mübarizəyə 1 milyon bağışladı
Tarix: 26-03-2020, 11:14



Hollivud ulduzu və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger koronavirus epidemiyasının dünyada sürətlə yayılmasına biganə qalmayıb.
Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, aktyor maddi dəstək olmaqla koronavirusla mübarizəyə töhfə verib. O, koronavirusla mübarizə qurumlarının birinə 1 milyon dollar bağışlayıb.
“Baxıram ki, insanlar hələ də restoranlara gedir. Virusa yoluxmaq istəyirsiniz? Ağıllı davranın və evinizdə qalın”, - deyə o bildirib.
Aktyorun verdiyi ianə tibbi avadanlıqlar və ləvazimatlara xərclənəcək.

Paylaş: