SSRİ Xalq artisti reanimasiyaya yerləşdirilib
Tarix: 26-03-2020, 10:57



SSRİ Xalq artisti, Rusiyanın görkəmli estrada müğənnisi Lev Leşşenko reanimasiyaya yerləşdirilib.
Open.az xəbər verir ki, koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən müğənni hazırda kislorot aparatı altındadır.
Lev Leşşenkonun vəziyyətinin normal olduğunu bildirən, konsert direktoru Oleq Dmitriyevin sözlərinə görə, müğənniyə yüksək səviyyəli qulluq göstərilir və vəziyyət o qədər də qorxulu deyil.
Xatırladaq ki, Lev Leşşenko və xanımı üç gün əvvəl koronovirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib və müxtəlif testlər aparılıb. Hazırda yayılan məlumata görə görkəmli müğənniyə ağciyərin ikitərəfli iltihabı (sətəlcəm) diaqnozu qoyulub.
Yayılan şaiyələrə görə isə SSRİ Xalq artistində koronovirus aşkarlanıb, amma hələlik bu məlumat gizli saxlanılır.

Paylaş: