"Bəs, bu Vətən, o oğul üçün nə etməyə hazırdır?"
Tarix: 26-03-2020, 10:02



Dünya şöhrətli sənətkarımız, xalq artisti Flora Kərimovadan Türkiyədə həbsdə olan iş adamı Mübariz Mənsimova dəstək gəlib.
Gununsesi.org xalq artistinin açıqlamasını təqdim edir :
“Millət bu da bir sınaqdır! Millətimizin iradəsinin sınağıdır, kişiliyimizin sınağıdır! Bir millət olaraq Şəhidlərinin,layiqli vətəndaşlarının, qeyrətlilərinin keşiyində deyiliksə yerində nə qalır, kim qalır? Vətən-Torpaq naminə itirdiyimiz Şəhidlərimiz, Mübarizlərimiz azmış kimi bu Mübarizimizi də itirməliyik?
Bir oğul ki, – “Varlığımı Vətən üçün qurban verməyə hazıram” deyirsə, bəs bu Vətən, o oğul üçün nə etməyə hazırdır?!
Bir məqamın da fərqində olmalıyıq… Dövlət başcısının başqa bir dövlətin daxili işinə qarışmağa heç bir səlahiyyəti və siyasi imkanı yoxdur! Olsa da, birmənalı qarşılanmaz! Əminəm ki prezident , xeyriyyəçi Mübariz Mənsimovun işinə vətəndaş, azərbaycanlı olaraq öz əzmini əsirgəməyəcək!
Mənim bundan belə (müqqəddəs arzularımdan başqa) umacağım yoxdur! Çoxumu yaşayıb azıma qane olan biriyəm!
Topxana meşəsində kəsilən ağaclara görə düşmən başı kəsməyə hazır olan oğullarımızı görüb və bu məqamda balaq altında gizlənənləri görmək cox acınacaqlıdır!
Təəssüflənmək qədər əzabverici heçnə yox imiş!!!
Mübariz, Vətənim dediyiniz Azərbaycana gələn gününüz, Ad gününüz mübarək ! “.

Paylaş: