Ulduz müğənni koronavirus şübhəsiylə xəstəxanaya getdi
Tarix: 25-03-2020, 14:33



Türkiyəli ulduz Sərdar Ortac səhhətində problem yarandığı üçün bu səhər xəstəxanaya gedib. 
Yenisabah.az xəbər verir ki, koronavirus testindən keçən müğənni nəticənin ürəkaçan olduğunu öyrənəndən sonra rahat nəfəs alıb.
Müğənni deyib ki, bədən temperaturu normadadır: “Narahatlıq üçün əsas yoxdur. Amma tədbiri əldən vermək olmaz. Ürəyimdə problem var. Bir dərman atandan sonra səhhətim qaydasına düşdü”.

Paylaş: