Məşhur müğənni koronavirus səbəbi ilə toyunu təxirə saldı
Tarix: 25-03-2020, 14:01



Türkiyəli məşhur müğənni Kutsi uzun müddətdir birlikdə olduğu nişanlısı Feyza Çıpa ilə olacaq toylarını təxirə salıb.

BiG.AZ xəbər verir ki, müğənni, aktyor Kutsi Feyza Çıpa ilə davam edən 7 illik münasibətlərini nikah masasında rəsmiləşdirməyə hazırlaşırdı. Ancaq koronavirus cütlüyün toy tarixinə mane olub. Belə ki, epidemiya səbəbindən toyları ləğv edilən Kutsi mediaya açıqlama verərək bildirib:
“Əlbəttə, korona toyu təxirə salmaq üçün böyük bir amildir. İndi sağlam bir mühit təmin etməyə çalışırıq. İnşallah millət tərəfindən bu epidemiyanı aradan qaldıracağıq. Sonra da evlənmək istəyirik".

Sarıyerdə görüntülənən cütlük, ehtiyaclarını qarşılamaq üçün çölə çıxdıqlarını bildiriblər.

Qeyd edək ki, 1 dəfə evli olan 45 yaşlı müğənninin evliliyə isti baxmadığı və buna görə nişanlısından daha öncə bir dəfə ayrıldığı bildirilir.

Məşhur müğənni koronavirus səbəbi ilə toyunu təxirə saldı – FOTO

Paylaş: