Tanınmış ssenarist və rejissor 57 yaşında öldü
Tarix: 25-03-2020, 13:55



Rusiyanın tanınmış ssenaristi, yazıçı və rejissoru İlya Rubinsteyn Moskvada 57 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi mərhumun anasına istinadən yayıb.
Qadının dediyinə görə, Rubinsteyn martın 24-də ölüb.
1995-ci ildə Rubinşteyn GİTİS-in Yekaterinburq studiyasının aktyor, 1999-cu ildə S. A. Gerasimov adına VGİK-in ssenarist şöbəsini bitirib. Vladimir Maşkovun “Ata” filminin ssenaristi olub və rollardan birini oynayıb.
“Ata” Milli “Qızıl Qartal” mükafatının “İlin Ən Yaxşı Filmi” kateqoriyasında namizəd olub, Moskva Beynəlxalq Festivalının tamaşaçı mükafatını alıb.
İlya Rubinsteyn, eyni zamanda Marat Rafikov ilə birlikdə yazdığı “May” filminin ssenaristi və rejissoru olub. Film Ümumrusiya Ssenari Müsabiqəsinin münsiflər heyətindən xüsusi mükafat alıb.
İlya Rubinşteynin vida və dəfninin yeri və tarixi hələ məlum deyil.

Paylaş: