Xalq artisti qalmaqallı şəkildə teatrı tərk etdi: "Yalançı Teatrda rol almaram"
Tarix: 25-03-2020, 13:48



Rusiyanın Xalq artisti, görkəmli teatr və kino aktyoru Aleksandr Domoqarov M.Qorki adına MXAT-ın səhnəsini qalmaqallı şəkildə tərk edib.
Open.az xəbər verir ki, sevilən sənətkar MXAT-ı "Yalanlarla dolu olan, yalançı teatr" adlandırıb.
Son illər müqavilə yolu ilə dəvət edilmiş aktyor statusunda teatrın səhnəsində obrazlar yaradan Aleksandr Domoqarov: "Bu ilin əvvəlindən Teatrın rəhbərliyi ilə münasibətlərim pisləşib. Belə yalançı teatrda çıxış etmək, səhnəyə çıxıb rol oynamaq mənə ağır gəlir. MXAT-ın səhnəsinə yenidən bir şərtlə qayıdıb, gələ bilərəm. Teatrın rəhbərliyi məndən rəsmi şəkildə üzr istəməlidir. Hərçənd, üzr istəsələr belə mənim qərarım dəyişməyəcək". deyən Rusiyanın Xalq artisti Aleksandr Domoqarov ötən gün teatrı tərk edib.
Qeyd edək ki, martın 9-10-da A.Domoqarov Rusiyanın Əməkdar artisti Yuliya Vısotskaya ilə birlikdə MXAT səhnəsində Andrey Konçalovskinin "Сцены из супружеской жизни" əsərində çıxış edib.
Tamaşa yüksək anşlaqla keçib və əsərin növbəti nümayişinin apreldə olması nəzərə alınıb. Amma Aleksandr Domoqarovun teatrı tərk etməsi ilə tamaşanın gələcək taleyi sual altında qalıb.
Bu arada M.Qorki adına MXATın mətbuat xidməti bəyanat yayaraq, Xalq artistinin Teatrı tərk etməsi ilə bağlı rəhbərliyə məlumat vermədiyini deyib.
Xatırladaq ki, Aleksandr Domoqarov bundan sonra uzun illər fəaliyyət göstərdiyi Mossovet Teatrının səhnəsində çıxışlarını davam etdirəcək.



Xalq artisti qalmaqallı şəkildə teatrı tərk etdi: Yalançı Teatrda rol almaram

Xalq artisti qalmaqallı şəkildə teatrı tərk etdi: Yalançı Teatrda rol almaram


Paylaş: