"Əllərini yu" -Məşhurlardan əhaliyə tövsiyyə xarakterli paylaşım
Tarix: 25-03-2020, 11:56




Koronavirus dünyaya yayılmaqda davam edir. Azərbaycan dövləti aldığı tədbirlər sayəsində uzun müddət bu epidemiyadan uzaq qaldı. Lakin son günlər xarici ölkələrdən gələnlərin vasitəsi ilə bu virus ölkəmizdə də insanlara yoluxdu v əhalini həyəcana saldı. Ölkə başçısının çağırış və xəbərdarlığı sayəsində koronavirusun qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilməkdədir. Görülən tədbirlərə əməl olunmasında bəzi sənət adamları da rol oynayır.

BiG.AZ xəbər verir ki, məşhur sənətçilər “biz birlikdə güclüyük” deyərək “əllərini yu” kampaniyasına start verərək estafeti bir-birlərinə ötürüblər. Hamamda əllərini sabunla uzun müddət yuyaraq virusdan təmizlənməyi və xəstəlikdən uzaq qalmağı tövsiyyə edən sənətçilər bu kampaniyanı əyani şəkildə də göstəriblər. “Əllərini yu” deyən məşhurlar vəziyyəti əyləncəli hala salmaq üçün mahnı və şeirlər də səsləndiriblər.

Sözügedən estafetin həyata keçrilməsində Ədalət Şükürov , Röya Ayxan, Vasif Məhərrəmli, Xatirə İslam, Nadir Qafarzadə və Zaur Baxşəliyev iştirak edib. İrəlidəki günlərdə digər məşhurlarında iştirakı gözlənilir.

Qeyd edək ki, Azərbaycanda 75 nəfər aktiv koronavirus daşıyıcısı var. Xəstələrin hər biri həkim nəzarətindədir.

Paylaş: