Karantinə alınan məşhur sənətkardan test götürülüb
Tarix: 25-03-2020, 10:33



Ötən gündən karantinə alınan SSRİ Xalq artisti Lev Leşşenko və həyat yoldaşı İrina Leşşenkodan test götürülüb.
Open.az xəbər verir ki, Rusiyanın görkəmli sənətkarının koronavirusa yoluxduğundan şübhələnən həkimlər, onu karantinə alıblar və Lev Leşşenkodan bütün lazımi testlər götürülüb.
Hazırda müğənninin yaxınları testlərin cavabını gözləyirlər.
Qeyd edək ki, müğənninin konsert direktoru mətbuata açıqlamasında SSRİ Xalq artistinin xəstəxanaya yerləşdirilməsini və karantinə alınmasını təsdiqləyib. Bildirilib ki, Lev Leşşenko martın 11-də ORVİ simpomu ilə Kanadadan Moskvaya uçuş edib. Həmçinin, müğənninin soyuqdəymədən əziyyət çəkdiyi də vurğulanıb.
Xatırladaq ki, SSRİ Xalq artistindən götürülən testlərin cavabı üç gün ərzində açıqlanacaq.

Paylaş: