"Oğlumla bağlı yalandan "evlənib" xəbərləri yaydılar"
Tarix: 25-03-2020, 10:25



Xalq artisti Brilliant Dadaşova oğlu Cahaddan danışıb. UlduzumSan.Az-ın məlumatına görə, ifaçı oğlu ilə bağlı bir vaxtlar yayılan "Evlənib, uşağı olub" xəbərlərinə münasibət bildirib: "Oğlum hər zaman məni qorumağa çalışır. Kişidir, sevgisini hər an bildirmir. Dəyişik xasiyyəti var. Azərbaycanda öyrəşdiyimiz xasiyəti yoxdur. Kişilərin kiminsə arxasınca danışmasını qəbul etmir. Deyir, kişilər niyə xanımlarsız bir yerə yığışır? Dostları çağıranda getmir. Bir çoxları xətrimə dəydi. Oğlumla bağlı yalandan "evlənib" xəbərləri yaydılar. Oğlandır, universitetdə oxuyur, qızlarla şəkil çəkdirməsi normaldır. Bir oğlum var, onun toyu olacaq, heç kim bilməyəcək? Övladıma bir yox, dörd toy edəcəm. İnsanların taleyi ilə oynamaq olmaz.
Oğlum da pis olmuşdu, Bakıya zəng etdi ki, nə məsələdir? Yazdılar uşağı da var. Maqazin insanı deyiləm, olan şeyləri danışmalarını xoşlayıram".

Paylaş: