"Belə məlumatları yazan saytlara ayıb olsun"
Tarix: 25-03-2020, 10:24



Stilist Samiraldonun ölüm xəbəri yayılıb. Bəzi "xəbər" saytlarının yaydığı məlumata görə, Samiraldo avtomobil qəzasında dünyasını dəyişib.
Xəbəri dəqiqləşdirmək üçün stilistin özü ilə əlaqə saxladıq. UlduzumSan.Az bildirir ki, bu haqda açıqlama verən Samiraldo məlumatın yalnış olduğunu bildirdi: "İldə iki dəfə məni öldürürlər. Hazırda sağ-salamatam, mənə heç nə olmayıb. Hər şey yaxşıdır. Adlarını belə bilmədiyim xəbər saytları yazıb ki, guya avtomobil qəzasında dünyamı dəyişmişəm. Günlərdir telefonlarım susmur. Belə məlumatları yazan saytlara ayıb olsun".

Paylaş: