“Körpələri marketə aparmayın !“
Tarix: 25-03-2020, 10:14



Sənət dünyası da karantin günlərində xalqa çağırışlar edir. Onlar səhifələrində #evdəqal etiketi ilə paylaşımlar edirlər.
Əməkdar jurnalist, tanınmış aparıcı  Xoşqədəm Hidayətqızı da öz “İnstagram” səhifəsində evdə qalmağın vacibliyini təbliğ edir."Sherg.az" xəbər verir ki , tanınmış aparıcı  izləyicilərinə səslənərək marketlərə gedərkən uşaqları aparmamalarını tövsiyə edib:
Evdə körpə uşağı olanlar yaxşı bilir.Bizim ən çox getdiyimiz yerlər aptek və marketlərdi. Amma artıq hər gün deyil , həftəlik gedirik.Bu gün yenə məcburən marketə getmişdim.Gördüyüm bir şey var ki , bu qədər təbliğata baxmayaraq marketə uşaqları ilə gələnlər var. Marketə getmək vacibdirsə tək gedə bilərsiniz.Nə deyecəyimi bilmirəm. Hər birinizdən rica edirəm.Yaxınlarınıza az da olsa hörmətiniz varsa ,sevirsinizsə evdə qalın.Məcbur deyilsinizsə evdən çıxmayın.Marketə aptekə gedə bilərik amma həftəlik.Gedirsə bir nəfər getsin.Nəzərə alın ki , evdə qalmaqla biz neçə nəfərin həyatını xilas etmiş olacağıq. Bu günlər gəlib keçəcək.Hər birimiz üçün imtahandır. Gəlin, səbr edək ! Qaydalara əməl edək. İnanın gözəl günlərimiz gələcək.Yenə deyəcəyik nə vaxt tez gedib evə yatacağıq.

Paylaş: